“Vedomosti”- Rusiya neftin qiymətinin tavanına üç cavabı müzakirə edir

10:51 | 07.12.2022
“Vedomosti”- Rusiya neftin qiymətinin tavanına üç cavabı müzakirə edir

“Vedomosti”- Rusiya neftin qiymətinin tavanına üç cavabı müzakirə edir

Rusiya  G7 ölkələri və Avstraliyanın Rusiyadan neft idxalına qiymət tavanı tətbiq etməsinə cavab vermək üçün üç variantı nəzərdən keçirir. Bu barədə "Vedomosti” nəşri yazıb. 

Birinci variant məhdudiyyəti dəstəkləyən ölkələrə neft satışının tam qadağan edilməsidir. O cümlədən xammalı vasitəçilər vasitəsilə alırlarsa.

İkinci variant nefti hansı dövlətin idxal etməsindən asılı olmayaraq, qiymət tavanı şərtini özündə əks etdirən müqavilələr üzrə ixracın qadağan edilməsini nəzərdə tutur.

Üçüncü variant, sözdə indikativ qiymətin tətbiqi: Urals neftinin Brent-ə maksimum endiriminin müəyyən edilməsi. Endirim artarsa ​​satışı qadağan olunacaq.

Nəşrin yazdığına görə, variantlardan heç biri hələ qəbul edilməyib və alternativlər mümkündür.

Keçən həftə Avropa Komissiyası elan etdi ki, G7 ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ) və Avstraliya dekabrın 5-dən dəniz yolu ilə tədarük edilən Rusiya neftinin qiymətinin 60 dollardan yuxarı həddi tətbiq etməyə razılaşıblar.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov qeyd edib ki, neftin qiyməti ilə bağlı yuxarı həddinin müəyyən edilməsi səbəbindən Qərb "hər şeyə hazır olmalıdır”.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb