Tanınmış politoloq, sabiq dövlət müşaviri Vəfa Quluzadə dünyasını dəyişib.
ANN.Az-ın APA-ya istinadən məlumatına görə, V. Quluzadənin səhhəti qəflətən pisləşib və o, Bakıdakı xəstəxanalardan birinə yerləşdirlib. Onun ürəyində şuntlama əməliyyatı keçirilib, əməliyyatdan sonra V. Quluzadə palataya yerləşdirilib. Lakin bir az sonra onun səhhəti qəflətən pisləşib və dünyasını dəyişib.
V. Quluzadənin cənazəsi məscidə gətirilib. Qohumlarının bildirdiyinə görə, V. Quluzadə sabah Yasamal qəbirstanlığında gənc yaşlarında xəstəlikdən vəfat etmiş oğlunun məzarının yanında dəfn ediləcək.
Vəfa Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda anadan olub. Azərbaycan Respublikasının Xarici Siyasət Məsələləri üzrə Dövlət Müşaviri vəzifəsində çalışıb (1990-1999).
Allah rəhmət etsin!
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !