Səudiyə Ərəbistanı Kralı Səlman bin Abdüləziz ilk dəfə ABŞ-a səfər edəcək.
Bu ilin dekabr ayında Kral Abdullah bin Əbdüləzizin vəfatından sonra taxta çıxan Səudiyyə Ərəbistanı Kralı Səlman bin Əbdüləziz ilk dəfə ABŞ-a səfər edəcək.
ANS PRESS-in məlumatına görə, bu barədə Ağ Ev sözcüsü Coş Ernest açıqlama verib.
Coş Ernest açıqlamasında bildirib ki, iki ölkə başçısı sentyabr ayında Ağ Evdə bir araya gələcəklər.
"Bu görüşdə ABŞ və Səudiyyə Ərəbistanı arasında starateji əməkdaşlıq müzakirə olunacaq. Prezident və Kral terrorçuluqla mübarizədə atılan addımlar barədə fikir mübadiləsi aparacaqlar”. -deyə Coş Ernest bildirib.
ABŞ-la İran arasında ələdə olunan nüvə razılaşmasından heç də məmnun olmayan Səudiyyə Kralı Obama ilə İranın regiondakı mövqei və müqavilədən sonra əldə etdiyi yeni şansları müzakirə edəcəklər.
Həmçinin iki ölkə başçısı Yəmən və Suriyada baş verənləri və İŞİD –lə mübarizədə Suriya müxalifətinin təlimlərə cəlb edilməsi çərçivəsinə görülən işlərdən danışacaqlar.
Səudiyyə Ərəbistanı İŞİD-lə mübarizə üçün yaradılan koalisiyaya dəstək verən ilk dövlətlərdəndir. Həmçinin Kral bu yaxınlarda İraqda baş verən hümanitar fəlakətin aradan qaldırılması məqsədi ilə bu ölkəyə 500 milyon dollar yardım ayırıb.
ABŞ-la Səudiyyə Ərəbistanı uzun illərdir ki, bir biri ilə güçlü hərbi və siyasi əlaqələrə malikdir. OPEK-in ən nüfuzlu üzvlərindən olan Səudiyyə Ərəbistanı ABŞ-ında dəstəyi ilə dünya bazarında neftin qiymətini aşağı saxlayan ölkələrdən biridir.
Kral Abdullanın vəfat etdiyi vaxt Barak Obama Hindistanda səfərdə olasada, ziyarəti yarımçıq qoyaraq Səudiyyə Ərəbistanına yollanmışdı.
Barak Obama və keçmiş Səudiyyə Ərəbistanı Kralı Abdullah
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !