Sabiq deputat Gülər Əhmədovanın eks-vəkili Raqif Mustafayevin təcridxanaya mobil telefon keçirtməsi ilə bağlı Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, Penitensiar Xidmətin və Bakı İstintaq təcridxanasının əməkdaşları tərəfindən müəssisəyə qadağan edilmiş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Qeyd edək ki, məlumatda həmçinin vurğulanırdı ki, Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Dadaşov Emil Rafail oğlunun hüquqlarını müdafiə edən Vəkillər Kollegiyasının 1 saylı hüquq məsləhətxanasının vəkili Mustafayev Rafiq Həmid oğlu onunla görüşə gələrkən əl çantasından “Sim” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilib.AzVision.az vəkil Raqif Mustafayevlə əlaqə saxlayaraq məsələnin mahiyyətini öyrənib.R.Mustafayev üzərində aşkar edilən mobil telefonun eks-deputat Gülər Əhmədovaya məxsus olduğunu bildirib: “Bir neçə ay öncə Sabunçu rayon polis idarəsinin müstəntiqi Fikrət Quliyev mənə bir telefon vermişdi və bildirmişdi ki, Gülər Əhmədovanın işi artıq məhkəməyə gedib, bu telefonu onun ailəsinə çatdır. Mən də telefonu götürüb çantama qoydum. Bu tam yadımdan çıxıb çantada qalıb, məndə onun ailəsi ilə görüşə bilmədim və telefonu çatdıra bilmədim. Həmişə təcridxanaya gedəndə telefonu maşına qoyuram. Dünən vəkilliyini etdiyim başqa bir nəfərlə görüşmək üçün təcridxanaya getmişdim və bu telefonun da məndə qalması tam yadımdan çıxmışdı. Telefon tam 6-7 ay idi ki məndə idi, heç işlək vəziyyətdə də deyildi. Yoxlamadan keçəndə dedilər ki, telefonun varmı, dedim yox maşında qoymuşam. Telefonun çantada olması tam yadımdan çıxmışdı. Çantamı açıb baxanda telefonu gördülər və elə onda yadıma düşdü ki, bu Gülər Əhmədovanın ailəsinə çatdırılmalı idi”,-deyə vəkil bildirib.O mətbuatda bu xəbərin şişirdilməsini başa düşmədiyini deyib: “Mən başa düşmürəm ki, bu niyə belə şişirdilir. Sadəcə yaddaş məsələsi idi. Yəqin Penitensiar Xidmətdə məni istəməyən şəxslər var ki, bu xəbəri mətbuata ötürüblər” –deyə, R. Mustafayev əlavə edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !