Azərbaycan Vəkillər Kollegiyasının növbəti konfransı keçirilib.
AzVision.az-ın məlumatına görə, konfransda yüzdən çox nümayəndə iştirak edib.
Konfransda kollegiyaya yeni sədrin seçilməsi məsələsi müzakirə olunub. Səsvermə nəticəsində "Azərbaycan Hüquq İslahatları Mərkəzi”nin sədri Anar Bağırov növbəti 5 il müddətinə VK Rəyasət Heyətinin sədri seçilib. Bundan başqa, konfransda sədr müavinləri də müəyyənləşib.
Qeyd edək ki, Vəkillər Kollegiyasının sədri Azər Tağıyev vəzifəsindən istefa verib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !