• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Vəli Qasımov: "Millimizin oyunu xalqımızı sevindirmir"

Vəli Qasımov: "Millimizin oyunu xalqımızı sevindirmir"
23.11.2013 12:39

"Milli komandamızın hər iki oyununun nəticəsi təəssüfləndiricidir. Qırğızıstanı isə mütləq məğlub etməliydik. Bildiyimə görə futbolçular meydançanın durumundan gileylənirlər. Ancaq bu, bəhanə olmamalıdır. Çünki biz onlardan qat-qat güclüyük. Hər iki ölkənin çümpionatına  nəzər salanda görürük ki, necə olur-olsun qırğızlara qalib gəlməliydik. Həm də axı, Foqts komandanı sırf nəciəyə oynadırdı. Əgər, bu oyuna eksperiment kimi yanaşılsaydı, nəticəni başa düşmək olardı. Ancaq komandamızda cəmi bir yeni oyunçu var idi”.

Qol.Az saytına açıqlamasında bu sözləri U-19 millimizin sabiq baş məşqçisi Vəli Qasımov yığmamızın Estoniya (1:2) və Qırğızıstan (0:0) milli komandaları ilə keçirdiyi yoldaşlıq oyunları haqda danışarkən deyib.

Veteran futbolçu qazanılan uğursuz nəticələri komandamızın baxımsız oyunları ilə əlqələndirib. Qeyd edib ki, bir çox xal qazandığımız qarşılaşmalar da təsadüf nəticəsində olub: "Həmişə bildirmişəm ki, bizim komandanın oyununda problem var. Bütün oyunlara baxanda görürük ki, güclə xal yığmışıq. Yəni xal aldığımız matçlarda da rəqibin xeyli imkanları olub, bəxt sayəsində qalib gəlmişik və ya heç-heçə etmişik. Millimizin göstərdiyi oyun xalqımızı sevindirmir".

V.Qasımov artıq Foqtsla vidalaşmağın vaxtı gəldiyini bildirib: "Bu yoldaşlıq görüşlərindəki nəticə elə də nəzərə  alınmır. Ancaq fikrimcə, Foqts getməlidir. Çünki Azərbaycan futbolu əvvəlki illərlə müqayisədə xeyli geriləyib. Futbolun gözəlliyi odur ki, oyun göstərəsən. Azarkeşlərə gözəl oyuna baxmağa gəlir. Bu gün isə biz baxımlı futbol görmürük. Son seçmə mərhələdə topladığımız 9 xal nəticə baxımından yaxşıdır. Onu da nəzərə almaq lazımdır ki, heç vaxt milli komanda üçün belə şərait yaranmayıb. Bununla belə komandamızın son dövrlərdə göstərdiyi oyun heç xoşuma gəlmir. Mən çox oyunlar görmüşəm, ancaq millimizin göstərdiyi oyun mənə çatmır".

V.Qasımov onu da əlavə edib ki, Foqtsun əvəzinə yerli məşqçi gətirilməlidir: "Çünki əcnəbi mütəxəssis Azərbaycanda yaşamır. Yerli mütəxəssis çempionatımıza, orada çıxış edən futbolçulara yaxşı bələddir. Foqts isə Azərbaycanda yaşamadığı üçün futbolçu seçimində çox səhflər edib. Bildiyimə görə, o, zədəli və ya komandasında heyətə düşə bilməyən futbolçuları milliyə dəvət edir. Bu da onun çempionatdan xəbərsiz olduğunu göstərir. Buna görə deyirəm ki, yeni baş məşqçi yerli mütəxəssis olmalıdı

Qol.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA "Traktor"u təbrik edib
İdman 18:43
AFFA "Traktor"u təbrik edib
“Traktor” ilk dəfə İran çempionu olub
İdman 22:20
“Traktor” ilk dəfə İran çempionu olub
Azərbaycanın gimnastika yığması Avropa kubokunun qalibi olub
İdman 18:30
Azərbaycanın gimnastika yığması Avropa kubokunun qalibi olub
“Qarabağ” 12-ci dəfə Azərbaycan çempionu olub
İdman 22:00
“Qarabağ” 12-ci dəfə Azərbaycan çempionu olub
Zelim Kotsoyev Avropa çempionatında gümüş medal qazanıb
İdman 19:47
Zelim Kotsoyev Avropa çempionatında gümüş medal qazanıb
UEFA Roma Papasını bir dəqiqəlik sükutla yad edəcək
İdman 16:57
UEFA Roma Papasını bir dəqiqəlik sükutla yad edəcək
"Qarabağ" finala vəsiqə qazanıb
İdman 20:26
"Qarabağ" finala vəsiqə qazanıb
Azərbaycan Kubokunun final oyununun vaxtı dəyişdirilib
İdman 20:31
Azərbaycan Kubokunun final oyununun vaxtı dəyişdirilib
Hidayət Heydərov Avropa çempionatında iştirak etməyəcək
İdman 10:03
Hidayət Heydərov Avropa çempionatında iştirak etməyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol