ONA-nın məlumatına görə, "Astana”nın velosipedçisi Migel Anhel Lopes azarkeşlə dalaşıb.
Kolumbiyalı idmançı 20-ci mərhələnin finişi yaxınlığında yürüşü seyr edən tamaşaçının üzərinə şığıyıb. O, yıxılmasında trasa yaxın məsafədə dayanan azarkeşi günahlandırdığı üçün belə aqressiv davranıb.
Maraqlıdır ki, bu hadisədən sonra yarışı davam etdirən M.A.Lopes finişə liderdən 1 dəqiqə 49 saniyə sonra 18-ci çatıb. O, ümumi hesabda 6-cı sırada qərarlaşıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !