Ümumiyyətlə velosiped idmanı ilə məşğul olanlar və ya velosipedi ilə uzaq məsafələrə səyahət edənlərin suya çox ehtiyacı olur.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, davamlı velosiped sürməyə ara verməmək üçün su ehtiyacının qarşılanması tələb olunur. Kristof Retezar adlı gənc tələbə bu problemi həll etmək üçün "Fontus" adlı bir layihə işləyib. "Fontus velosiped oturacağının alt hissəsinə montaj edilir və havadakı nəmi içməli suya çevirir. Bunun üçün lazımlı enerji də günəş panellərindən əldə edilir.Cihazın üst qismi davamlı soyuq saxlanılır havadakı nəmin burada yığılması və sıxlaşması təmin edilir. Sonra isə suya çevrilərək şüşəyə axır. Sistem yarım litr suyu bir saatda əldə edə bilir. Əlbəttə nəmin çox olduğu yerlərdə daha asan su əldə edilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !