Venesuela dövlət başçısı Nikolas Madura ölkəsinin təxminən 20 min suriyalı qaçqını qəbul etmək iqtidarında olduğunu açıqlayıb.
ANN.Az xarici ölkə mediasına istnadən xəbər verir ki, Madura Prezident Administrasiyasında nazirlər kabinetinin keçirildiyi iclasda daxili müharibə səbəbilə ölkəsindən didərgin düşən suriyalı qaçqınlara yardım olunmasınını vacibliyindən danışıb.
Ölkəsi ilə sıx münasibətləri olan və Bəşər Əsədə hər mənada dəstək olduğunu nümayiş etdirən Madura "20 min suriyalını Venesuelaya gəlib bu torpaqlarda sülh şəraitində yaşamasını istəyirəm" - deyib.
BMT-nin hesabatına görə, 2011-ci ildən indiyə kimi 4 milyondan çox suriyalı digər ölkələrə sığınıb. Təxminən 2 milyon suriyalı qonşu Türkiyəyə sığınıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !