Venesuela müxalifətinin lideri BMT Baş Asambleyasında müzakirələrə qatılmaq niyyətindədir

14:49 | 16.09.2019
Venesuela müxalifətinin lideri BMT Baş Asambleyasında müzakirələrə qatılmaq niyyətindədir

Venesuela müxalifətinin lideri BMT Baş Asambleyasında müzakirələrə qatılmaq niyyətindədir

Venesuela müxalifətinin lideri Xuan Quaydo sentyabr ayının sonunda BMT Baş Asambleyasının 74-cü sessiyası çərçivəsində siyasi müzakirələrdə iştirak etmək üçün Nyu-Yorka getmək niyyətindədir.

"Report” TASS-a istinadən xəbər verir ki, bu səfəri zamanı X.Quaydo onu müvəqqəti prezident kimi tanıdıqlarını açıqlayan bəzi ölkələrin rəhbərləri ilə, o cümlədən ABŞ Prezidenti Donald Trampla görüşləri nəzərdə tutulur.

Argentina KİV-i xəbər verir ki, Nyu-Yorka səfər edərsə, X.Quaydo barəsində prokurorluq tərəfindən araşdırma aparıldığı müddətə xaricə getməsinə qadağa qoyan Ali Məhkəmənin 30 yanvar tarixli qərarını pozacaq. Belə ki, istintaq tədbirlərinin X.Quaydonun özünü ölkə prezidenti elan etməsindən sonra baş verən zorakılıqlarla bağlı görüldüyü bildirilir.

Hərçənd Ali Məhkəmənin bu qərarına baxmayaraq, X.Quaydo ölkə sərhədini artıq keçib. Belə ki, fevralın 22-də Venesuela üçün göndərilən humanitar yardımların bölüşdürülməsi mərkəzinin yerləşdiyi Kolumbiyanın sərhəd yaxınlığındakı Kukuta şəhərinə getmiş, daha sonra bir həftə ərzində Braziliya, Paraqvay, Argentina, Ekvadora səfər etdikdən sonra vətənə qayıtmışdı.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb