"APA-Economics" xəbər verir ki, bu barədə "Wall Street Journal" nəşri yazır.
Venesuela nefti ilə işləyən treyderlər ödənişləri avroya ilə həyata keçirir. Venesuelanın dövlət şirkət olan "PdVSA" müştərək müəssisələrdəki tərəfdaşlarından Avrozonanın vahid valyutasında hesab açılmasını xahiş edib.
"PdVSA" və Energetika Nazirliyi bununla bağlı rəsmi açıqlama vermirlər.
Xatırladaq ki, avqustda ABŞ hökuməti Venesuela və onun neft şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib. Belə ki, ABŞ rəsmi Karakas və ölkənin neft şirkətlərinin buraxdığı yeni istiqrazlarla əməliyyatlara qadağa qoyub. Bundan başqa, Venesuelanın dövlət şirkətləri tərəfindən yerləşdirilmiş bir sıra mövcud bondlarla əməliyyatlara da məhdudiyyətlərin tətbiqinə başlanılır. Həmçinin, ölkə hökumətinin sahib olduğu qiymətli kağızlara dividendlərin verilməsi qadağa olunur.
Qeyd edək ki, ABŞ Venesuela neftinin əsas alıcılarından biridir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !