Venesuela Milli Assambleyasının üzvləri ölkə prezidenti Nikolas Maduroya İspaniya ilə diplomatik münasibətləri kəsməyi təklif etmək qərarına gəliblər.
Bu barədə "Telesur" telekanalı məlumat yayıb.
"Ölkənin icra hakimiyyətini İspaniya Krallığı ilə diplomatik və ticarət əlaqələrini kəsmək məsələsini dərhal nəzərdən keçirməyə çağırmaq. Həmçinin İspaniya Deputatlar Konqresinin Venesuela hakimiyyət orqanlarına kobud müdaxiləsinə cavab olaraq tədbirlərin görülməsini müzakirə etmək lazımdır”, - deputatların qəbul etdiyi sənədin mətnində deyilir.
Qeyd olunur ki, parlamentarilərin qərarı sentyabrın 11-də İspaniya parlamentinin Deputatlar Konqresinin Venesuela müxalifətinin lideri Edmundo Qonzales Urrutiyanın Bolivar Respublikasında keçirilən prezident seçkilərinin qalibi kimi tanınması ideyasını dəstəkləməsindən sonra verilib.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !