Nikolas Maduro Rusiya və Belarus prezidentləri ilə maliyyə və ticarət əməkdaşlığı məsələlərini müzakirə etməyi planlaşdırır.
Venesuela Prezidenti Nikolas Maduro "Rusiyanın enerji həftəsi" adlı enerjiyə qənaət və energetikanın inkişafı beynəlxalq forumunda iştirak etmək və Rusiya lideri Vladimir Putin ilə görüşmək məqsədi ilə Rusiyaya səfər edəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Venesuela prezidentinin özü məlumat verib.
Onun sözlərinə görə, səfər zamanı V.Putin ilə çox əhəmiyyətli işgüzar görüş keçirəcək və iki ölkə arasında maliyyə, texnoloji və hərbi sahələrdəki əməkdaşlığı müzakirə edəcək.
N.Maduro Rusiyadan sonra Belarus və Türkiyəyə də səfər edəcəyini vurğulayıb. Onun sözlərinə görə, Belarusda mənzil tikintisi, sənaye inkişafı və ticarət sahələrində, Türkiyədə isə maliyyə, energetika, aqrar-sənaye və hərbi sahələrdə əməkdaşlıq məsələləri müzakirə ediləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !