Venesuela prezidenti Türkiyədə səfərdədir

18:20 | 06.10.2017
Venesuela prezidenti Türkiyədə səfərdədir

Venesuela prezidenti Türkiyədə səfərdədir

Nikolas Maduro TBMM-in 2016-cı il iyulun 15-də FETÖ-nün dövlət çevrilişi cəhdi zamanı zərər görən hissəsini ziyarət edib, ora gül qoyub.

Miraflores Palace — Venesuela prezidenti Nikolas Maduro.

Venesuela prezidenti Nikolas Maduro Türkiyədə səfərdədir.

"Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, o, oktyabrın 6-da Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahramanla görüşüb.

Tərəflər şəkil çəkdirdikdən sonra danışıqlar mətbuat üçün bağlı qapılar arxasında davam edib.

Görüşdə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi, Türkiyə-Venesuela Parlamentlərarası Dostluq Qrupunun sədri, Ədalət və İnkişaf Partiyasından deputat olan Kerem Əli Sürekli və parlamentin baş katibi Mehmet Əli Kumbuzoğlu iştirak edib.

Görüşdən sonra Nikolas Maduro parlament binasının 2016-cı il iyulun 15-də Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi zamanı zərər görən hissəsini ziyarət edib, ora gül qoyub. 

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan venesuelalı həmkarını qəbul edəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM