Venesuela prezidenti Nikolas Madura əmindir ki, onun İosif Stalinlə ümumi cizgiləri var.
anews.az-ın xəbərinə görə, o, belə bir bəyanatla "Venezolana de Television" telekanalının efirində çıxış edib.
"Dünyada məni Karib Stalini zənn edən insanlar mövcuddur. Bəli, mən bənzəyirəm. Mənə profilimdən baxın”, - deyə prezident bildirib.
Daha sonra Maduro qeyd edib ki, onu tənqid edən əksər dünya liderləri daha da amansızdırlar. O, İspaniya hökumətinin sədri Mariano Rahoyu misal gətirib. Maduronun sözlərinə görə, Rahoy 700 meri həbs etmək üçün Kataloniyaya polis yollayıb.
"Kim diktator kimi hərəkət edir? Müxalifətə plebisit keçirməyə icazə verən Maduro, ya Kataloniyanın öz fikrini bildirməsini istəməyən Rahoy?”, - deyə prezident bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !