Venesuelanın prezidenti Nikolas Maduro hesab edir ki, vəzifəsindən kənarlaşdırılan sabiq Ukrayna prezidenti Viktor Yanukoviç NATO-nun dəstəyi ilə həyata keçirilən dövlət çevrilişinin qurbanı olub.APA-nın France-Presse agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Maduronun administrasiyasının açıqlamasında bildirilir. “Prezident Maduro ABŞ rəhbərliyi və NATO-nun dəstəyi ilə ekstremist qruplaşmalar tərəfindən Ukraynada həyata keçirilən dövlət çevrilişini qətiyyətlə pisləyir”, - bəyanatda deyilir. Sənəddə həmçinin qeyd olunur ki, yeni hakimiyyət Ukraynanın bütövlüyünü təhlükə altına alır. Maduro əmindir ki, ABŞ-ın hərəkətləri regiondakı sabitlik və Rusiyanın suverenliyinə zərər gətirə bilər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !