"Arsenal"ın çalışdırıcısı Arsen Venger məşqçi karyerasını Almaniyada davam etdirə bilər.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, cari mövsümün sonu London təmsilçisi ilə müqaviləsi başa çatacaq fransalı mütəxəssis hazırkı klubuyla sözləşməni yeniləmək üçün danışıqların davam etdiyini deyib.
O bildirib ki, "Arsenal"dan başqa Premyer Liqa klubunu çalışdırmaq üçün ayrılmaz. Ancaq Venger Almaniyada işləməyi mümkün hesab edib:
"Əgər "Arsenal"dan ayrılsam, başqa bir ölkədə işləyərəm. İngiltərədə başqa bir klubda çalışmaram. Almaniyada isə məşqçi karyeramı davam etdirə bilərəm. Orada indiyə kimi işləməmişəm".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !