Vergi borcunu ödəməyənlər həbs olundu

14:23 | 12.10.2015
Vergi borcunu ödəməyənlər həbs olundu

Vergi borcunu ödəməyənlər həbs olundu

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin vergi borclarının məcburi alınması idarəsi ilə Ədliyyə Nazirliyinin icra baş idarəsinin keçirdiyi birgə tədbirlər nəticəsində dövlət büdcəsinə yaranmış borc məbləğlərini vaxtında ödəmədiklərindən Binəqədi Rayon Məhkəməsinin oktyabrın 9-dakı qərarları ilə vergi ödəyiciləri Habil Ağayev 5 gün, Rövşən Əsgərov isə 3 gün müddətində inzibati qaydada həbs olunub.

Bu haqda Modern.az saytına nazirliyin analitik-informasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 313-1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslərə işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq oluna bilər:

"Belə sərt inzibati tədbirlərin tətbiqi vergi ödəyicilərində məsuliyyət hissinin artırılmasına və onların gələcəkdə vergi qanunvericiliyini pozmaqdan çəkinmələrinə səbəb olacaqdır.

Vergilər Nazirliyi bir daha vergi ödəyicilərinə müraciət edərək vergi öhdəliklərinin vaxtında və tam həcmdə yerinə yetirməyə, vergi borclarının yaranmasına yol verməməyə çağırır”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM