2019-cu ilin yanvar-may
aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 3 milyard 139,3 milyon
manat vergi səfərbər olunub, proqnoza 110,1 faiz səviyyəsində əməl edilib. Ötən
ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 8,3 faiz və ya 239,9
milyon manat artıb.
Anews.az bildirir ki, dövriyyələrin şəffaflaşdırılması istiqamətində
aparılan işlər, gəlirlərin bəyanetmə səviyyəsinin yüksəlməsi, könüllü bəyanetmənin
əhəmiyyətli dərəcədə qalxması, habelə vergi inzibatçılığında islahatlar, iqtisadiyyatın
ayrı-ayrı sektorlarında müşahidə edilən artım templəri həm tədiyyə növləri
üzrə, həm də qeyri-neft-qaz sektorunun əksər sektorlarında vergi daxilolmalarının
artımına səbəb olub.
Qeyri-neft sektorundan vergi daxilolmalarında yüksək
artım templəri əsasən ƏDV, aksiz, mənfəət, dövlət rüsumları, əmlak vergisi,
mədən vergisi və sair daxilolmalar istiqamətində olub. ƏDV daxilolmalarında
artım 18,3 faiz, mənfəət vergisi üzrə 33,7 faiz, əmlak vergisi üzrə 13,3 faiz,
dövlət rüsumları üzrə 63,2 faiz, sair daxilolmalar üzrə 45,1 faiz, mədən
vergisi üzrə 18 faiz, aksizlər üzrə isə 4.6 dəfə təşkil edib.
Əsas vergilər üzrə cəmi
vergi daxilolmalarında ƏDV, aksiz və mənfəət vergilərinin xüsusi çəkisinin artımı
müşahidə olunur. ƏDV üzrə göstərici 24,9 faizdən 25,3 faizə, o cümlədən
qeyri-neft-qaz sektorunda 31,4 faizdən 32 faizə, aksiz vergisi üzrə göstərici 7,1
faizdən 7,4 faizə, o cümlədən qeyri-neft-qaz sektorunda 0,4 faizdən 1,8 faizə, mənfəət
vergisi üzrə göstərici 36,4 faizdən 38,2 faizə, o cümlədən qeyri-neft-qaz
sektorunda 25,7 faizdən 29,6 faizə qalxıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !