Vergilər naziri hansı futbol klubuna sponsorluq edəcək?

13:16 | 03.12.2013
Vergilər naziri hansı futbol klubuna sponsorluq edəcək?

Vergilər naziri hansı futbol klubuna sponsorluq edəcək?

Vergilər naziri Fazil Məmmədov futbol sektoruna daxil olmağa qərar verib. 

Fanat.az xəbər verir ki, nazir 2014-cü ilin yanvarından etibarən "Şəmkir" klubunu himayəsinə götürəcək.

Artıq məsələ ilə bağlı bir sıra detallar da müzakirə olunub. Nazirin qarşısına qoyduğu əsas hədəf qısa zamanda "Şəmkir"in əvvəllki nüfuzunu özünə qaytarmaqdı. Bu məqsədlə kluba böyük sərmayə də yatırılacaq.

Maraq üçün qeyd edək ki, Məmmədov özü də şəmkirlidi.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM