​Vergilər Nazirliyi İsgəndər Xəlilovun şirkətini məhkəməyə verdi

12:39 | 08.10.2015
​Vergilər Nazirliyi İsgəndər Xəlilovun şirkətini məhkəməyə verdi

​Vergilər Nazirliyi İsgəndər Xəlilovun şirkətini məhkəməyə verdi

Azərbaycan Vergilər Nazirliyi (VN) yanında Bakı Vergilər Departamenti "Svit Haus” Məhdud Məsuliyyəti Cəmiyyətini (MMC) məhkəməyə verib.

"Report”un xəbərinə görə, departament MMC-nin siyahıya alınmış əmlakının satılması tələbini irəli sürüb.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "Svit Haus” çoxmərtəbəli yaşayış binaların tikintisi ilə məşğul olur. Şirkət "Bakı Toxucu Tikiş” ASC-nin sədri Cavanşir Xəlilova aiddir. Lakin "Svit Haus”un C.Xəlilovun qardaşı, Rusiyada yaşayan məşhur milyarder İsgəndər Xəlilova məxsus olduğu bildirilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM