Vergilər Nazirliyi “Turan”ın vergi sanksiyasını ləğv etdi

10:01 | 16.09.2017
Vergilər Nazirliyi “Turan”ın vergi sanksiyasını ləğv etdi

Vergilər Nazirliyi “Turan”ın vergi sanksiyasını ləğv etdi

Vergilər Nazirliyi "Turan" agentliyinə təyin etdiyi sanksiyaları araqdan qaldırıb. İstiPress-in məlumatına görə, bu barədə departament agentliyə rəsmi məktubla məlumat verib. Məlumata görə, nazirliyin Bakı şəhər Lokal Vergilər Departamenti 2014-2016-cı illər üzrə agentliyə təyin etdiyi 37 min manat (22 min dollar) məbləğində əlavə vergi sanksiyasını ləğv edib.

Departament bu qərarı kameral yoxlamanın yekunu əsasında qəbul edib. 

İki gün sonra, avqustun 18-də vergi yoxlamasını 1 iyul 2010-cu ildən 1 iyul 2017-ci ilə qədər genişləndirmək barədə qərar qəbul edilmişdi.Qeyd edək ki, məhz 2014-2016-cı illər üzrə əlavə vergi ödənilməsi barədə bu qərardan 7 avqust 2017-ci ildə Vergi Cinayətlərinin İlkin Araşdırılması Departamenti tərəfindən "Turan"a qarşı cinayət işi başlanması üçün istifadə edilmişdi. Avqustun 16-da agentliyin ofisində axtarış aparılmış, maliyyə fəaliyyəti ilə bağlı mühasibat sənədləri və elektron daşıyıcılar götürülmüşdü.

Sentyabrın 11-də isə Prezident İlham Əliyev "Turan” İnformasiya Agentliyinin direktoru barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması məsələsinə baxılması üçün aidiyyəti orqanlara tapşırıq verib. Həmin gün Yasamal Rayon Məhkəməsinin qərarı ilə onun barəsindəki həbs qətimkan tədbiri dəyişdirilib və M.Əliyev azadlığa buraxılıb.Avqustun 25-də "Turan" Agentliyinin direktoru Mehman Əliyev həbs edilib. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.



  

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti