Verstappenin çempion oldu, "Mersedes" şikayət etdi

21:30 | 14.12.2021
Verstappenin çempion oldu,

Verstappenin çempion oldu, "Mersedes" şikayət etdi

"Formula 1"də 2021-ci ilin çempionu olan "Red Bull-Honda"nın pilotu Maks Verstappen tarix yazdı. 
 
Abu-Dabidə mövsümün son yarışı hər baxımdan səs-küy salıb. Xüsusən də son 5 raundda baş verənlər bütün dünyada qərəzli və bitərəf insanların diqqətini çəkib. "Mercedes" pilotu Luis Hemiltonun uduzduğu, Red Bull-Honda komandasının sürücüsü Maks Verstappenin qalib gəldiyi yarış həm coşqu, həm də nfrət doğurdu.

"Mersedes" tərəfi Lətifinin qəzası zamanı yola çıxan təhlükəsizlik maşını ilə bağlı yaşanan duruma etirazlarını bildirib. FİA hər iki müraciəti rədd etsə də, "Mersedes" apellyasiya şikayəti vermək qərarına gəlib. "Red Bull-Honda" isə  Verstappen və komandasının sona 16 dövrə qalmış fərqi addım-addım bağladıqlarını iddia edib. Hollandiya mətbuatına əks olunan xəbərdə xüsusilə "Mersedes" sürücüsü Hemiltonun bolidin təkərlərindəki problem səbəbindən sürətini itirdiyi bildirilib. Verstappenin səbirli və inadkar olduğu, hətta yumşaq təkərlərə keçərək yaxşı taktika seçdiyi qeyd edilib. Hemilton tərəfinin isə bəhanələrə sığındığı bildirilib. 

İngilis mətbuatında isə vəziyyətlə bağlı fərqli iddia irəli sürülüb və FİA-nın müdaxilə etməməsi qalmaqal kimi qiymətləndirilib. Verstappenin həmkarı Hemiltonun ardıcıl 5-ci çempionluğunu qazanmasına açıq şəkildə mane olduğu iddia edilib.

1997-ci il əvəllüdlü Verstappen karyerasında ilk dəfə "Formula 1" çempionluğunu yaşayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM