Vətən müharibəsi barədə sənədli film çəkiləcək

10:30 | 13.07.2021
Vətən müharibəsi barədə sənədli film çəkiləcək

Vətən müharibəsi barədə sənədli film çəkiləcək

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva litvalı jurnalist Riçards Lapaitislə və çəkiliş qrupu ilə görüş keçirib.

Görüşdə "Xocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində hazırlanıb, özünün birbaşa şahidi və iştirakçısı olduğu Birinci Qarabağ müharibəsini və qanlı soyqırımı aktını işıqlandıran "Sonsuz dəhliz” sənədli filmi müzakirə olunub.

Hərbi jurnalist olan Riçards Lapaitis filmin çəkilişi zamanı Xocalıda kütləvi qətliamdan sağ çıxmış insanlarla görüşdüyünü, yaxınlarını itirənlərin ürəkdağlayan hekayələrini dinlədiyini, eyni zamanda bu film vasitəsi ilə erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdırdığını bildirib.

Görüşdə, həmçinin 44 günlük Vətən müharibəsindən bəhs edən yeni sənədli filmin çəkilişləri ilə bağlı fikir mübadiləsi aparılıb. Qonağa müharibə dövründə və müharibədən sonra Ombudsman tərəfindən həyata keçirilən çoxşaxəli fəaliyyət, aparılan faktaraşdırıcı missiyalar barədə geniş məlumat verilib və gələcək birgə əməkdaşlıq perspektivləri müzakirə olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb