Vətən müharibəsi şəhidi Əkbərin anım günüdür - Fotolar

21:32 | 17.12.2021
Vətən müharibəsi şəhidi Əkbərin anım günüdür - Fotolar

Vətən müharibəsi şəhidi Əkbərin anım günüdür - Fotolar

Bu gün Vətən müharibəsi şəhidi Əkbər Hüseynlinin anım günüdür.

Anews.az  xəbər verir ki, şəhidimizin doğulub boya-başa çatdığı Cəlilabad rayonunun Alar kəndində mərasim keçirilib.

Mərasimdə rayon rəhbərliyi və ictimayyət nümayəndələri şəhidin döyüş yoldaşları iştirak edib.

Anım mərasimində qorxmaz, vətən sevdalı döyüşcü Əkbərin ölməz qəhrəmanlığından danışılıb.

Şəhidin Əmisi Bilal müəllim qeyd edib ki, Əkbər 2019-cu ildə Bakı Dövlət Sosial-İqtisad Kollecində təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb:

"O, Murovdağda xidmət edib. Vətən müharibəsi başlayan zaman Əkbər artıq təcrübəli hərbçi idi və o da Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.

Bir neçə gün sonra isə ondan xəbər ala bilmədik və Əkbər itkin düşdü. Yalnız yetmiş günlük axtarışdan sonra Əkbərin nəşi tapıldı və elə ötən ilin bu günü yaşadığımız Alar kəndində dəfn edildi. Düzdür, Əkbərsiz həm çətindir, həm də qürurluyuq ki, o, vətən yolunda şəhid olub. Görün Əkbəri axtardığımız o günlər nə qədər çətin idi ki, anası Ruhiyyə xanım övladı tapılsın deyə qurban demişdi. Elə o qurban da Əkbərin tabutu gətiriləndə kəsildi”.

Qeyd edək ki, torpaqlarımızın işğaldan azad olunumsında rəşadətlə döyüşən Əkbər oktyabrın 4-ü ağır yaralanıb. Yaralandığını ailəsindən gizlədən qəhrəman tam sağalmamış yenidən döyüşlərə qatılıb. O, oktyabrın 10-da ağır döyüşlərdə qəhrəmancasına şəhid olub, bir müddət itkin kimi bilinsə də, sonradan şəhid olduğu məlum olub.
Qorxmaz döyüşcü, əsgər Hüseynli Əkbər Azər oğlu "Vətən uğrunda”, "Cəsur döyüşcü” və "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
 
 









www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM