Müharibədən sonra 350 nəfər mina qurbanı olub - XİN

19:38 | 02.04.2024
Müharibədən sonra 350 nəfər mina qurbanı olub - XİN

Müharibədən sonra 350 nəfər mina qurbanı olub - XİN

Ermənistan tərəfinin vaxtilə işğal etdiyi ərazilərdə yerləşdirdiyi minaların partlaması 2020-ci ildəki 44 günlük Vətən müharibəsindən sonra 350 günahsız insanın həyatına son qoyub.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X” hesabında paylaşım edilib.

"Bu gün daha 4 nəfər minanın qurbanı olub. Ermənistan tərəfinin minalanmış ərazilərin dəqiq xəritələrini verməkdən imtina etməsi Azərbaycan ərazilərində genişmiqyaslı təmir-bərpa işlərinin aparılması ilə yanaşı, məcburi köçkünlərin öz evlərinə qayıtmasına mane olur, o cümlədən regionda sülhyaratma prosesinə xələl gətirir. Beynəlxalq ictimaiyyət Azərbaycanda minaların yaratdığı təhlükənin aradan qaldırılması üçün gücünü birləşdirməlidir”, - paylaşımda qeyd edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb