Vətəndaş kanala düşərək köməksiz vəziyyətdə qaldı - VİDEO

14:18 | 21.09.2021
Vətəndaş kanala düşərək köməksiz vəziyyətdə qaldı - VİDEO

Vətəndaş kanala düşərək köməksiz vəziyyətdə qaldı - VİDEO

1996-cı il təvəllüdlü Ramazan Əliyev içərisində su olmayan beton kanala yıxılaraq köməksiz vəziyyətdə qalıb.
 
Bu barədə Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə məlumat daxil olub.

İlkin məlumata görə, Göyçay şəhəri, Vidadi küçəsində yaşayan Əliyev Ramazan Mürşüd oğlunun ehtiyatsızlıq ucbatından kanala düşdüyü bildirilir. 

Vətəndaş yanğınsöndürən-xilasedicilər tərəfindən müvafiq vasitələrlə kanaldan çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM