Vətəndaşın evinə zərər vuran şirkətin söküntü işləri dayandırılıb

11:56 | 05.07.2024
Vətəndaşın evinə zərər vuran şirkətin söküntü işləri dayandırılıb

Vətəndaşın evinə zərər vuran şirkətin söküntü işləri dayandırılıb

Yasamal rayonu Şahtaxtinski küçəsində yaşayış evlərinə tikinti şirkətlərindən biri tərəfindən zərər vurulması ilə bağlı daxil olan məlumat üzrə araşdırma aparılıb və söküntü işləri dayandırılıb. Bu barədə Azərbaycan DİN  məlumat yayıb. 

"İyulun 5-də saat 00:49 radələrində vətəndaş Nəcəfzadə DİN-in 102 Zəng Mərkəzinə ərazidə tikinti aparan MTK tərəfindən evlərdə yaşayış olduğu halda evlərin sökülməsi barədə məlumat verib. Məlumatla bağlı polis əməkdaşları həmin ünvanda razılıq olmadan bir neçə mənzilin divarlarına zərər vurulmasını müəyyən ediblər. Vətəndaşın müraciəti əsasında söküntü işləri aparan şirkətin işləri dayandırılıb.
 
Məlumatda həmçinin bildirilib ki, faktla bağlı prosessual araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM