Vətəndaşlar 2 gündə Türkiyəyə 255 min dollar pul göndərib - AZƏRPOÇT

17:25 | 09.02.2023
Vətəndaşlar 2 gündə Türkiyəyə 255 min dollar pul göndərib - AZƏRPOÇT

Vətəndaşlar 2 gündə Türkiyəyə 255 min dollar pul göndərib - AZƏRPOÇT

Azərbaycan sakinləri faciədən sonra cəmi iki gün ərzində Türkiyədə təbii fəlakət zonasının əhalisinə kömək məqsədilə "Azərpoçt" vastəsilə 255 min dollar köçürüblər.

"Prezident İlham Əliyevin çağırışı ilə Azərbaycan xalqı Türkiyəyə yardım toplama kampaniyalarında fəal iştirak edir. Respublika sakinləri dost xalqa dəstək olmaq üçün əlindən gələni edir. Təkcə fevralın 6-7-də əhali Azərpoçtun poçt şöbələrində beynəlxalq pulköçürmə sistemləri vasitəsilə Türkiyədə zəlzələdən zərər çəkənlərə 255 min ABŞ dolları köçürüb”, - "Azərpoçt”un açıqlamasında bildirilir.

Bazar ertəsi, fevralın 6-da Türkiyənin cənub-şərqində maqnitudası yeddi baldan çox olan iki zəlzələ baş verib (yerli vaxtla saat 04.17-də - 7.7 bal və 13.24-də - 7.6 bal).

Türkiyənin cənub-şərqində baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 14 351 min nəfədir.


Prezident Rəcəb Tayyib Ərdoğan təbii fəlakət qurbanları üçün Türkiyədə 7 günlük milli matəm elan edib. Türkiyənin dövlət bayraqları bütün ölkədə yarıya endirilib.

Dağıdıcı zəlzələ qonşu ölkələrdə, o cümlədən Suriya, Livan, KKTC, Yunan Kipr və İraqda da hiss olunub.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM