Azərbaycan Dəmir Yollarında vətəndaşlar üçün nəzərdə tutulan 23 kq baqaj limitinin artırılmasına ehtiyac var. Bunu deputat Naqif Həmzəyev deyib.
"Vətəndaşlar 23kq baqajın az olması ilə bağlı müraciətlər edirlər. Hətta bəzən olur baqajı çox olanlar başqa vətəndaşdan onu keçirtmək üçün xahiş edirlər. Təklif edirəm ki, 23 kq-dan sonra olan baqajlar ödənişli olsun", - deputat noyabrın 1-də Milli Məclisdə çıxışında bildirib.
Deputat təklif edib ki, Azərbaycan Hava Yollarında rəsmi şəxslər üçün gözlə otağı olur, amma Dəmir Yollarında bu xidmət yoxdur.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !