Vətəndaşlar xarici banklardakı hesabları barədə dövlətə məlumat verməli olacaq

15:33 | 20.06.2014
Vətəndaşlar xarici banklardakı hesabları barədə dövlətə məlumat verməli olacaq

Vətəndaşlar xarici banklardakı hesabları barədə dövlətə məlumat verməli olacaq

Modern.az xəbər verir ki, Milli Məclisin iyunun -20-də keçirilən iclasında Vergi Məcəlləsinə, “Banklar haqqında” və “Sığorta fəaliyyəti haqqında” qanunlara əlavə və dəyişikliklər müzakirə edilib.
“Banklar haqqında” Qanunun banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarına sanksiyaları hissəsinə 60.1.4 -cü maddə əlavə edilib. Həmin maddəyə əsasən, Vergi Məcəlləsinin 76.2-1-ci maddəsinin tələblərini icra etməməyə görə - aparılmış əməliyyatın ümumi məbləğinin 30 faizi miqdarında, bu hesablar üzrə əməliyyat aparılmadıqda isə hər belə hesab üçün 400 manat məbləğində maliyyə sanksiyası tətbiq olunacaq.
Məcəlləyə yazılmış xüsusi qeyddə göstərilir ki, bu, ABŞ-da qüvvədə olan FATCA (Xarici hesablardan vergi tutulması qanunu) ilə bağlıdır. Həmin qanun ABŞ vətəndaşlarının xarici hesabları barədə banklar arasında məlumat mübadiləsini nəzərdə tutur.
Məlumat mübadiləsinin məqsədi vergidən yayınmanın qarşısını almaqdır. Bu məqsədlə Azərbaycan Respublikasının qanunlarına xarici rezidentlərin hesabları barədə məlumat mübadiləsinə dair müddəalar əlavə edilir.
"Sığorta fəaliyyəti haqqında" Qanuna əlavə edilən 6.2.10. maddədə göstərilir: “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış beynəlxalq müqavilələrə uyğun olaraq, bu dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hədlərdə və qaydada birbaşa və ya müvafiq icra hakimiyyəti orqanı vasitəsilə həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına verilir”
"Banklar haqqında" Qanunun “Bank sirri” adlanan 41-ci maddəsinin davamı olaraq 41.2-ci maddə əlavə edilib. 41.2-ci maddəyə əsasən: "Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış beynəlxalq müqavilələrə uyğun olaraq, bu dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hədlərdə və qaydada birbaşa və ya müvafiq icra hakimiyyəti orqanı vasitəsilə həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına verilir".
Deputatlar adıçəkilən qanun layihələrinə səs veriblər.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb