Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən vəkil Seyfulla Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ANN.Az report-a istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Cəfərov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, S.Cəfərov 13 nəfər zərərçəkmiş şəxsə ümumilikdə 50 min manat məbləğində dələduzluq edib. O, həmin şəxslərə kömək edəcəyi vədini verib. Daha sonra S.Cəfərov verdiyi vədə əməl etməyib və zərərçəkmişlərin şikayətindən sonra o həbs edilib.
S.Cəfərov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunub.
Xatırladaq ki, S.Cəfərov əvvəllər də həbs edilib. O, şərti cəza alaraq, azadlığa buraxılıb
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !