Vətəndaşların banklarda olan əmanətləri artır - Rəsmi

14:30 | 14.06.2014
Vətəndaşların banklarda olan əmanətləri artır - Rəsmi

Vətəndaşların banklarda olan əmanətləri artır - Rəsmi

Azərbaycanda vətəndaşların banklarda olan əmanətlərin məbləği artıb. 
Dövlət Statistika Komitəsindən ANN.Az-a verilən məlumata görə, bu ilin yanvar-may ayları ərzində əhalinin banklardakı əmanətlərinin həcmi keçən illə müqayisədə 13.9 faiz artaraq may ayının 1-nə 6.6 milyard manata çatıb. Milli valyuta ilə qoyulmuş əmanətlərin məbləği 4.1 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlər isə 2.5 milyard manat olub. 
Bununla bərabər eyni dövr ərzində ölkədə banklar və qeyri-banklar tərəfindən vətəndaşlara verilən kreditlərin də həcmi artıb. Belə ki, yanvar-may maliyyə-kredit təşkilatlarının təqdim etdikləri kreditlərin məbləği may ayının 1-nə 16.2 milyard manata çataraq ötən ilin may ayının 1-nə nisbətən 24.8 faiz yüksəlib. Verilmiş kreditlərin 12.7 milyard manatı uzunmüddətli olmuş, 895.6 milyon manatının ödəmə vaxtı keçib. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti