"Vətənə xidmət etməyə hazıram"- "Neftçi"-nin kapitanı

19:30 | 29.09.2020

"Vətənə xidmət etməyə hazıram"- "Neftçi"-nin kapitanı

"Rayonlarımızın azad edilməsini 30 ildir gözləyirik. Bəzi ərazilərimizin azad olunduğunu eşidib çox sevindik".

Bu fikirləri anews.az-a açıqlamasında "Neftçi"nin kapitanı Emin Mahmudov cəbhə xəttində baş verən hadisələrə münasibət bildirərkən deyib.

28 yaşlı yarımmüdafiəçi bildirib ki, işğal olunmuş rayonların hamısının geri qaytarılmasını arzulayır: "Buna görə dua edirik. Allah əsgərlərimizə kömək olsun! İnşallah, Qarabağ və 7 rayonumuz tezliklə azad edilsin"!

Təcrübəli oyunçu bu yolda Vətənə xidmət etməyə hazır olduğunu vurğulayıb: "Dualarımız əsgərlərimizlədir. Övladları şəhid olmuş ata-analar üçün də dua edirik. Allah şəhidlərimizə rəhmət etsin! Bütün qəlbimizlə əsgərlərimizin yanındayıq. Torpaqlarımız azad olunması xəbərini gözləyirik".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM