Müharibə veteranlarına ödənilən 80 manatın artırılmasına ehtiyac var. Bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.
""Müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləği artırılmalıdır"- o bildirib.
Bir neçə gün öncə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında bildirib ki, 80 manat veteran pulunun artacağı ilə bağlı məlunatlar dəqiqləşdirilməyib.
O bildirib ki, müzakirələr bitdikdən sonra bu haqda danışmaq olar.
Bundan əvvəl sosial müdafiə naziri Sahil Babayev açıqlamasında bildirib ki, Müharibə iştirakçılarına 80 manatın verilməsi komunal xərclərin verilməsi üçün ödənilir.
Bir il öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov bildirib ki, müharibə Veteralarına verilən təqaüdün artırılması məsələsi müzakirə olunur.
VI çağırış Milli Məclisin bir neçə deputatı da veteranlara verilən 80 manatın artırılması ilə bağlı çıxarışlar edib.

Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !