Ölkəmizdə
tanınmış, dünyanın 20-dən artıq ölkəsindən 100-dən çox fabrikindən məhsul idxal
edən, eyni zamanda istehsal sahələri ilə məşğul olan və pərakəndə sektorda
əhaliyə xidmət göstərən Veysəloğlu şirkətilə də əməkdaşlıq müqaviləsi
imzalanıb. Müqaviləyə əsasən tərəflər birgə tədbirlər, treninqlər keçirəcək,
universitet tələbələri şirkətdə ixtisaslarına uyğun təcrübə keçəcək, istehsalat
prosesi ilə tanış olacaqlar.
Universitetin
rektoru, professor Havar Məmmədov universitetin maddi-texniki bazasının müəllim
heyətinin yüksək səviyyədə olduğunu, mühəndislik fakültəsi ilə yanaşı iqtisadiyyat
fakültəsinin də yüksək ixtisaslı kadr hazırladığını şirkət rəhbərliyinin
diqqətinə çatdırıb. Universitet rəsmisi həmçinin hazırda universitetdə yüksək
balla qəbul olunmuş tələbələrin və çox sayda Prezident təqaüdçülərinin təhsil
aldığını da bildirib. Gələcək planlardan danışan rektor ölkəmiz üçün ehtiyac
olan yeni ixtisaslar üzrə də kadr hazırlığının aparılacağını qeyd edib.
Şirkətin
fəaliyyəti haqqında geniş məlumat verən Veysəloğlu Şirkətlər Qrupunun nümayəndələri əsas məqsədlərinin ölkəmizin
milli iqtisadiyyatının inkişafına töhvə vermək olduğunu bildiriblər. Görüşdə
bildirilib ki, bunun üçün maliyyə və texnologiyadan öncə savadlı və bacarıqlı
kadrlara ehtiyac var. Kadırların hazırlanması üçün isə universitetlərlə yanaşı
inkişaf etmək istəyən şirkətlərin də üzərinə məsuliyyət düşür. Veysəloğlu
şirkəti bu istiqamətdə üzərinə düşəni missiyanı əməli fəaliyyəti ilə yerinə
yetirməyə hazırdır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !