Veysəloğlu MMC: Yalnız AQTA tərəfindən sertifikatı olan məhsullar satışa çıxarılır

13:11 | 02.04.2021
Veysəloğlu MMC: Yalnız AQTA tərəfindən sertifikatı olan məhsullar satışa çıxarılır

Veysəloğlu MMC: Yalnız AQTA tərəfindən sertifikatı olan məhsullar satışa çıxarılır

Veysəloğlu MMC şirkəti tərəfindən bütün növ qida və qeyri qida məhsullarını ölkəyə idxalı zamanı satış kanallarına çıxarılmadan öncə hər partiyadan nümunələr götürülür və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müvafiq laboratoriyasında müayinə edilməsi üçün agentliyə təqdim edilir.
 
AQTA tərəfindən uyğunsuzluq aşkar edildiyi andan məhsulun növündən asılı olaraq satışa yararsız kimi qeydiyyata alınır və "Utilizasiya” (məhvetmə) prosesi həyata keçirilir. Həmçinin, prosesin davamı olaraq istehsalçı şirkətə məhsulun keyfiyyət göstəricilərinə ciddi riayət edilməsi ilə bağlı xəbərdarlıq edilir.  Yalnız AQTA tərəfindən satışa yararlılıq sertifikatı təqdim edildikdən sonra məhsullar satışa çıxarılır.
 
25 ildən artıqdır  qeyri-neft sektorunda fəaliyyət göstərən və ölkə iqtisadiyyatında aparıcı mövqeyə sahib Veysəloğlu MM bir çox dünya brendlərinin, həmçinin yerli fabriklərin Azərbaycanda rəsmi distribüterliyini həyata keçirir.
 
Qeyd edək ki, martın 31-də AQTA məlumat yayıb ki, Veysəloğlu MMC tərəfindən Rusiya Federasiyasından ölkəmizə idxal edilən 300 kq dondurulmuş toyuq qiyməsi məhsul partiyasından götürülən nümunələrdə patogen mikroorqanizm olan salmonella aşkar edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM