Paytaxt və rayonlarda təşkil olunmuş yarmarkalarda müştərilərə topdansatış qiymətlər ilə xidmət göstərilir
Veysəloğlu Satış və Distribyuter Şirkəti Novruz bayramı ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən paytaxtın və respublikanın bir neçə rayonunda təşkil olunacaq kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında iştirak edir.
Veysəloğlu şirkəti əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınması məqsədi ilə 14-19 mart tarixlərində keçiriləcək yarmarkalarda özünün 50 növdə ərzaq və qeyri ərzaq məhsulu ilə iştirak edir.
Şirkət bayram günləri Bakı şəhərinin Yasamal, Nərimanov, Xətai, Qaradağ, respublikanın isə Sumqayıt şəhəri, Lənkəran, Səlyan, Qəbələ, Ağdaş, Samux rayonlarında təşkil olunacaq yarmarkalarda müştərilərə topdansatış qiymətlər ilə xidmət göstərəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !