Qısa müddət ərzində dövrün tələblərinə uyğun müasir texnologiya ilə təchiz olunaraq geniş ticarət şəbəkəsi qurmuş "Veysəloğlu” Satış və Distribütor Şirkəti hazırda yüksək səviyyəli xidməti ilə seçilən müasir ticarət holdinqinə çevrilmişdir.
Sevindirici haldır ki, cari il özünün 20 illiyini qeyd edən "Veysəloğlu” Şirkətlər Qrupunda çalışan 17-35 yaş aralığında olan işçilər 78.3% təşkil edir. Şirkət əməkdaşlarının 50.3%-i isə 17-29 yaş aralığında olan gənclərdən ibarətdir. Bu isə o deməkdir ki, Şirkətlər Qrupunun 50%-i, yəni tən yarısı gənclərdən ibarətdir. Hər zaman inkişaf etməkdə olan şirkət daim gənclərə dəstək olub və gənclərlə birlikdə inkişaf edir.
Qeyd edək ki, "Veysəloğlu” Şirkətlər Qrupu işçi heyyətin bilik və bacarığının, peşəkar səviyyəsinin artırılmasına daim böyük əhəmiyyət verir. Bunun üçün öz hesabına ölkə daxilində və xaricdə kurslar, seminarlar, təlimlər təşkil edir, müxtəlif tədbirlər həyata keçirdir. Şirkət respublikanın ali təhsil müəssisələrinə yüksək bal ilə qəbul olmuş işçilərnin və ya onların övladlarının təhsil haqqı ödənişlərinə, eyni zamanda xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan əməkdaşların övladlarının təhsil almalarına daim yardımçı olmuşdur.
Xatırladaq ki, Azərbaycan Respublikasının "Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” 5 may 2007-ci il tarixli Qanununa əsasən Azərbaycanda gənclər 14–29 yaşlarında hesab edilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !