Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçıları çıxış üçün vaxt istəyib.
Növbəti proses fevralın 6-na təyin edilib.
Təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıblar.
Onların barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə), 312 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunsa da, həmin şəxslər sonradan ev dustaqlığına buraxılıblar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !