"Vicdan haqqı” serialının Vüsalı, Rus dram Teatrının gənc aktyoru İbrahim Çingiz avtomobil qəzası keçirib.
anews.az-ın yenicag.az-a istinadla məlumatına görə, qəza nəticəsində aktyorun idarə etdiyi "BMW” markalı avtomobilinə ciddi ziyan dəyib.
O, xəbəri təsdiqləyib: "Hadisə iki gün bundan əvvəl baş verib. Avtomobilimi vurdular, qarşı tərəfin günahı idi. Amma hadisə olanda olur. Heç kim bundan sığortalanmayıb. Avtomobilimə ciddi ziyan dəyib.
Əsas odur ki, özüm sağ-salamat qurtarmışam. Amma bu xəbərlə özümə reytinq qazanmaq istəmirəm”.
Qeyd edək ki, İbrahim Əməkdar artist Çingiz Əhmədovun oğludur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !