Vidadi Zeynalov restoran işlətməyə başladı – Xanımı da aşbaz…

17:01 | 13.09.2019
Vidadi Zeynalov restoran işlətməyə başladı – Xanımı da aşbaz…

Vidadi Zeynalov restoran işlətməyə başladı – Xanımı da aşbaz…

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri, MTN hadisələrindən sonra həbs olunan Vidadi Zeynalov azadlığa buraxıldıqdan sonra restoran biznesinə başlayıb.

Bu barədə Unikal.org-a Vidadi Zeynalov özü məlumat verib. O deyib ki, azadlığa çıxdıqdan sonra, ona məxsus "Məlhəm” restoranını işlədir: "Həyat yoldaşım restoranda aşbazların başında durur, mən isə ümumi nəzarətçi işləyirəm. Bununla belə, restoranın həyətində toyuq-cücə də saxlayıram”.
Vidadi Zeynalov bu addımını atmasına səbəb kimi imkanın aşağı olmasını göstərib: "Acından ölən deyiləm ki? Taxıl da əkirəm”.

Qeyd edək ki, restoran Şamaxı şəhəri, Məlhəm kəndində yerləşir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb