Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri, hazırda həbsdə olan Vidadi Zeynalovun həbs müddəti yenidən artırılıb.
Bu barədə Trend-ə V.Zeynalovun vəkili Muğan Əliyev məlumat verib.
Vəkil bildirib ki, V.Zeynalov barəsində seçilmiş həbs qəti imkan tədbirinin müddəti fevralın 21-də başa çatır. Məhkəmənin qərarı ilə V.Zeynalov barəsində seçilmiş həbs müddəti daha 3 ay artırılıb.
V. Zeynalovla mütəmadi görüşdüyünü deyən vəkil bildirib ki, müvəkkilinin saxlanma şəraiti və səhhətindən heç bir şikayəti yoxdur.
Qeyd edək ki, Səbail rayon Məhkəməsinin qərarı ilə V.Zeynalov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu il yanvarın 21-də həbs müddəti başa çatan sabiq aparat rəhbərinin həbs müddəti fevralın 21-dək artırılmışdı. Məhkəmə istintaq hərəkətləri ilə əlaqədar olaraq V.Zeynalov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha 3 ay artırıb.
V.Zeynalov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !