Vidal: "Qalatasaray" bizə dərs verdi"

17:48 | 26.12.2013
Vidal: "Qalatasaray" bizə dərs verdi"

Vidal: "Qalatasaray" bizə dərs verdi"

"Yuventus" klubunun futbolçusu Artur Vidal Çempionlar Liqasının qrup mərhələsinin son turunda məğlub olduqları "Qalatasaray"la oyun haqda danışıb.

Qol.Az-ın məlumatına görə, "La Gazetta dello Sport"a açıqlama verən çilili futbolçu "Qalatasaray"ın onlara dərs verdiklərini bildirib:

"O oyunda hər kəsin öz taleyini özü həll etməli olduğunu bir daha gördük. Həmin matçdan sonra həm çox əsəbi, həm də çox bədbin idim. Ancaq bu görüş bizə önəmli dərs oldu. Gələcəkdə bunun faydasını görəcəyik. 

Qeyd edək ki, İstanbulda "Qalatasaray"a 0:1 hesabı ilə uduzan "Yuventus" Çempionlar Liqasında mübarizəni dayandırıb.

Qol.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti