Video Sorğu: Hansı yaşda ailə həyatı qurulmalıdır?

12:18 | 08.01.2015
Video Sorğu: Hansı yaşda ailə həyatı qurulmalıdır?

Video Sorğu: Hansı yaşda ailə həyatı qurulmalıdır?

Evlilik - hər bir insanın həyatında ən vacib hadisələrdən biridir. Bəziləri erkən yaşda ailə həyatı qurmağı üstün tutur, bəziləri isə bunu uzun müddət təxirə salır. Hazırda erkən nigahlarla bağlı problem gündəmdədir. Azərbaycanda qadınlar rəsmən evlənmək üçün 17 yaşa, kişilərsə 18 yaşa çatmalıdırlar. Ancaq ölkəmizin bəzi regionlarında qızların 14-15 yaşlarında ərə getməsi faktları aşkar olunub. 

Bir çox beynəlxalq təşkilatlar erkən nigahların insan fizionomiyasına və psixologiyasına çox pis təsir göstərdiyini əsas gətirərək, bununla ciddi mübarizə aparırlar. 

Məsələ ilə əlaqədar şəhərimizin sakinlərinin fikrini öyrənmək qərarına gəldik. Apardığımız video sorğuya verilən cavabları təqdim edirik. 

Müəllif: Aynur Məmmədova
Video operator: Fəridə Alıyeva

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM