Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Göyçay rayonunun Çərəkə kənd sakini, fiziki məhdudiyyətli Bəkirova Anna Abil qızını mühərrik təkəri olan əlil arabası ilə təmin edib.
Bir müddət qabaq sosial şəbəkədə Anna Bəkirovanın çətinliklə təsərrüfat işləri ilə məşğul olması haqda görüntülər yayılmışdı. O, görüntülərdə anası ilə birgə çətin şəraitdə yaşadığını və köməyə ehtiyacı olduğunu bildirmişdi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !