Ukraynanın Dövlət sərhəd xidməti Viktor Yanukoviçin çarter reysi ilə Donetsk şəhərini tərk etməsinə imkan verməyib.
APA-nın “İnterfaks-Ukrayna” agentliyinə istinadən verdiyi məlumata görə, müvafiq sənədlərə malik olmayan təyyarə Donetsk hava limanından uçmağa cəhd edib.
Dövlət sərhəd xidməti sədrinin köməkçisi Sergey Astaxov təyyarənin göyərtəsində Viktor Yanukoviçin olduğunu bildirib.
APA
Bizi sosial şəbəkələrdə izləyin !