Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç martın 11-də Rusiyanın Rostov şəhərində yeni açıqlama ilə çıxış edəcək. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, çıxışın yeri və dəqiq vaxtı hələlik mətbuata bildirilməyib.
Xatırladaq ki, fevralın 28-də Rostovda mətbuat konfransı keçirən V. Yanukoviç özünün qanuni prezident saydığını bəyan edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !