Viktor Yanukoviçi Sergey Tigipko əvəzləyə bilər

21:22 | 24.02.2014
Viktor Yanukoviçi Sergey Tigipko əvəzləyə bilər

Viktor Yanukoviçi Sergey Tigipko əvəzləyə bilər

Hazırda Viktor Yanukoviçin sədri olduğu Ukrayna Regionlar Partiyasına yeni lider seçiləcək.APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, partiyaya hazırkı sədr müavini Sergey Tigipkonun sədr seçilməsi gözlənilir. “Partiyada kadr dəyişiklikləri mütləq olacaq. Böyük ehtimalla Sergey Tigipko partiyanın başına keçəcək. Viktor Yanukoviç və Nikolay Azarov partiyadan xaric ediləcək”, - deyə RP-dəki mənbə bildirib. Lakin “Kommersant” qəzeti RP-yə N.Azarovun sədr seçiləcəyini yazıb.  Qeyd edək ki, son günlərdə RP-nin 209 deputatından 78-i partiyanı tərk edib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM