Viktoriya Nuland Bakıya gəlir

16:45 | 16.02.2015
Viktoriya Nuland Bakıya gəlir

Viktoriya Nuland Bakıya gəlir


ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Bakıya gəlir. 

V.Nuland Azərbaycanda ölkənin siyasi rəhbərliyi ilə danışıqlar aparacaq.

Bu barədə "Turan”a diplomatik mənbələrdən məlumat daxil olub.

Xəbərdə deyilir ki, V.Nulandın səfər proqramının detalları barədə heç nə deyilmir. Amma böyük ehtimalla danışıqlarda əsas diqqət son illərdə pisləşən ikitərəfli münasibətlərin vəziyyəti məsələsinə yönəldiləcək.

Qeyd olunur ki, Vaşinqtonda Azərbaycanda insan haqlarının və demokratiya normalarının pozulmasına görə rəsmi Bakıya sanksiyalar tətbiq etmək çağırışları son vaxtlar daha tez-tez eşidilir. Rəsmi Bakı isə ABŞ-ın Azərbaycanda vəziyyəti mürəkkəbləşdirmək və "rəngli inqilab” törətmək planlarından danışılır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM